Ru
21:29 / 02 Dekabr 2019

"Azərbaycanla BƏƏ arasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur" - Səfir

1390
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü keçirilib.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi bildirib ki, bu gün onun ölkəsinin yaranmasının 48-ci ildönümünü qeyd edilir.

Səfirin sözlərinə görə, BƏƏ tərəqqi və inkişaf yolunda inamlı addımlar atıb və qabaqcıl ambisiyaları hədəfləyən “Baxış 2021”-in əsasında yaranmasının 50-ci ildönümündə dünyanın ən yaxşı dövlətlərindən birinə çevrilməyi hədəfləyib. M.Alqubaisi qeyd edib ki, zati-aliləri Şeyx Xəlifə Bin Zayed Əl-Nahyanın tolerantlıq prinsipləri ilə birgə yaşayış və qarşılıqlı hörmət əsasında 200-dən artıq müxtəlif millətlərin yaşadığı bir dövlətdə 2019-cu il tolerantlıq ili elan olunub. Səfir əlavə edib ki, bu ilin ən böyük nailiyyətlərindən biri odur ki, BƏƏ pasportunun indeksi güclənib.

“BƏƏ dövləti hər zaman sülh və əməkdaşlıq təşəbbüslərini bütün dünyaya çatdırmaq istiqamətində səylərini əsirgəməyib, dünyanın müxtəlif ölkələri dostluq və yüksək səviyyəli münasibətlər qurmağa can atır”, - deyə səfir vurğlayıb.

Diplomat qeyd edib ki, bu əlaqələr onun ölkəsinin “Dubai Expo-2020”-yə ev sahiblyini qazanmağa imkan verib.

Azərbaycan və BƏƏ əlaqələrinə toxunan səfir bildirib ki, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur: “Qarşılıqlı səfərlər davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu gün BƏƏ qüdrətli dövlət kimi tanınır. Ölkə turizm mərkəzinə çevrilib, regionda birbaşa xarici investisiyalara ev sahibliyi edən lider ölkədir.

“BƏƏ-nin qazandığı uğurlar Azərbaycanı sevindirir. Ölkəmiz BƏƏ ilə əlaqələrə önəm verir.Ölkələrimiz arasında qardaşlığa, dostluğa, İslam irsinə əsaslanan əlaqələr mövcuddur”, - nazir belə deyib.

O qeyd edib ki, əlaqələrin inkişafında ölkə rəhbərlərinin siyasi iradəsi əsas rol oynayır: “BƏƏ və Azərbaycan beynəlxalq platformalarda bir-birinə dəstək verir. BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edirik”.

İki ölkə arasında iqtisadi əlaqələrə toxunan nazir bildirib ki, BƏƏ-dən Azərbaycana ixracın dəyəri 2,2 milyard dollardır, Azərbaycandan BƏƏ-yə isə bu göstərici 347 milyon dollardır.

M.Cabbarovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 26,4 faiz artıb. Son 10 ay üçün bu, 57 milyon dollardır. M.Cabbarov, həmçinin Azərbaycanın “Dubai Expo-2020”-də iştirakının nəzərdə tutulduğunu da diqqətə çatdırıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər