Azərbaycanla Türkiyə arasında yeni protokol imzalandı

  • 10 Okt 2019 11:41
  • 1000 Baxış
Azərbaycanla Türkiyə arasında yeni protokol imzalandı
“Sumqayıt Kimya Sənaye Parkı” MMC, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Türkiyənin Standartlar İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

BakuPost.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında baş tutub.

Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, bu sənəd standartların sənaye parkların fəaliyyətinə, eyni zamanda parkda fəaliyyət göstərən müəssisələrin işinə çox böyük təsir göstərəcək.
Qeyd edilib ki, Türkiyə Elm, Texnologiya və Sənaye Nazirliyi, Türkiyə Standartlar İnstitutu və Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşlığı sayəsində, eyni zamanda Sumqayıt Kimya Sənaye Parkı və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun bu prosesdə yaxından iştirak edirlər və bu məsələyə həm Türkiyə, həm də Azərbaycan tərəfindən böyük önəm verilir.