Ru
22:26 / 18 Oktyabr 2019

Soydaşımız Ukraynada Baş prokurorun müavini oldu

3806
Azərbaycanlı Gündüz Məmmədov Ukraynada Baş prokurorun müavini vəzifəsinə təyin olunub.

BakuPost xəbər verir ki, bu barədə Baş Prokuror Ruslan Ryaboşapka sərəncam imzalayıb.

Sərəncama görə, Krım Muxtar Respublikasının prokuroru işləyən Gündüz Məmmədov artıq baş prokurorun müavini vəzifəsini icra edəcək.


Qeyd edək ki, Gündüz Məmmədov hüquq elmləri namizədidir.

1996-cı ildən etibarən Odessanın Primorsky rayon prokurorluğunda prokuror köməkçisindən prokurorun birinci müavininə qədər vəzifələrdə çalışıb. 2016-cı ilin avqustundan indiyədək Krım Muxtar Respublikasının prokuroru işləyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər