Deputatımızın Berlinin mərkəzindəki milyonluq restoranı: “İstərdim, mənim olsun” - FOTOLAR

4276


Azərbaycan Milli Məclisinin üzvü, 39 saylı Kəpəz birinci seçki dairəsindən deputat seçilmiş Xanlar Fətiyevin Almaniyada milyonluq restoranının olduğu iddia edilir. 

Bu barədə BakuBost.az-a məlumat verən mənbə bildirir ki, Almaniyanın paytaxtı Berlinin mərkəzi küçələrindən (Bakının "Torqovı” küçəsi kimi) olan Kudamda (Kurfürstendamm 151 ünvanında) Xanlar Fətiyevə məxsus bahalı restoran yerləşir. 
 

 
Mənbə iddia edir ki, "Brasil Brasileiro” adlı restoran azərbaycanlı deputat Xanlar Fətiyevə məxsusdur. Onun sözlərinə görə, yerləşdiyi yer və məkanın lüks şəraitini nəzərə aldıqda, buranın qiymətinin bir neçə milyon manat olduğunu rahatlıqla iddia etmək mümkündür. 

Məsələ ilə bağlı münasibətini öyrənmək istədiyimiz deputat Xanlar Fətiyev Bakupost.az-a açıqlamasında deyib ki, adıçəkilən restoranı tanıyır və orada olub: "Mən dünyanın müxtəlif ölkələrində, müxtəlif restoranlarda olmuşam. "Brasil Brasileiro” restoranında da olmuşam. Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.
 








ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər