Ru
00:38 / 01 Dekabr 2021

Azərbaycanlı döyüşçü Donbasda snayperlə öldürüldü - VİDEO/FOTO

6067
Ukrayna Silahlı Qüvvələrinin 29 yaşlı baş əsgəri əslən azərbaycanlı Əli Naib oğlu Alxaslı noyabrın 27-də Donbasda Novomixaylovka sahəsində düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb.

Bakupost.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.

Əlinin həyat yoldaşı Ukraynanın Xarkov şəhərində, anası isə Azərbaycanda yaşayır.

Əli ordu sıralarına 2018-ci ildə qoşulub. O, cəbhədə 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın atəş dəstəyi taqımının tank əleyhinə bölüyünün tərkibində öz ikinci vətəni olan Ukraynanı qoruyub.

Əli peşəkar idmançı olub, döyüş sənəti ilə də peşəkar səviyyədə məşğul olub və dalbadal qələbələr qazanıb. Həmişə rinqə üzərində Ukrayna dilində “Döyüşçü” yazılmış formada çıxıb.

Ə.Alxaslı bu gün Xarkov şəhərində torpağa tapşırılıb. Dəfn mərasiminə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə onun anası və qardaşı gətirilib.

Azərbaycanlı döyüşçü Donbasda snayperlə öldürüldü - VİDEO/FOTO
Azərbaycanlı döyüşçü Donbasda snayperlə öldürüldü - VİDEO/FOTO
Azərbaycanlı döyüşçü Donbasda snayperlə öldürüldü - VİDEO/FOTO
Azərbaycanlı döyüşçü Donbasda snayperlə öldürüldü - VİDEO/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər