Ru
23:41 / 20 Noyabr 2019

Azərbaycanlı fəallar saxlanıldı

2032
Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb.

BakuPost xəbər verir ki, Meşkinşəhrdə İran polisi tərəfindən saxlanılan fəal məhkəməyə çıxarılıb.

Məhkəmədə ifadə verən Siyamək Seyfinin İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasına aparıldığı bildirilib.

Azərbaycanlı fəalın hansı səbəbdən saxlanıldığı hələlik dəqiqləşməyib.

Budan əlavə, Urmiyada Əli Əzizi və Salar Tahirinin də Əfşar ETTELAAT əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığı deyilir.

Fəallar kütləvi etiraz aksiyalarının 6-cı günü, noyabrın 20-də saxlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər