Ru
15:30 / 08 Mart 2021

Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

2416
Millinin və «Sabah»ın hücumçusu Ramil Şeydayev özünə yeni mülk alıb. Özü də bir yox, ikisini.

Son günlər intizamsız davranışı ilə gündəmə gələn forvard Mərdəkanda yanaşı tikilən iki villaya sahiblənib.

Bakupost.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, buranı tanınmış ifaçı və iş adamı Emin Ağalarovdan satın alıb.

Məşhur «SeeBreeze» istirahət kompleksinin yaxınlığında yerləşən malikanələrin real qiyməti 500-550 min dollardan başlayır.

Amma Ağalarov Rusiyadan yaxından tanıdığı Şeydayevə qiymət mövzusunda xeyli güzəştə gedib. Millinin forvardı hər bir villa üçün 200 min dollar ödəyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər