Azərbaycanlı futbolçu karyerasını başa vurdu

  • 18 İyl 2020 23:51
  • 25143 Baxış
Azərbaycanlı futbolçu karyerasını başa vurdu


“Səbail” futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu karyerasını başa vurub.

"BakuPost" xəbər verir ki, o, bununla bağlı “Instagram” hesabında məlumat verib.

28 yaşlı futbolçu fikirlərini belə bölüşüb:

“Mənim üçün ağır olsa da, futbolçu kimi karyerama son qoymağı qərara aldım. “Səbail” rəhbərliyinə, məşqçilər korpusuna və mənimlə birlikdə oynayan bütün futbolçu yoldaşlarıma və azarkeşlərə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar...”



X