Ru
10:26 / 11 Aprel 2021

Azərbaycanlı futbolçu vəfat etdi FOTO

3492
Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Bu barədə "BakuPost"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O.Abdullayevin sözlərinə görə, F.Cavadov Bakının 71 yaşında koronavirusdan vəfat edib. Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər