Azərbaycanlı iş adamı belə güllələndi - VİDEO

  • 25 İyl 2019 22:11
  • 1623 Baxış
Azərbaycanlı iş adamı belə güllələndi -  VİDEO
İstanbulda azərbaycanlı iş adamı Rasim Babayev silahlı hücuma məruz qalıb.



BakuPost-un  məlumatına görə,  iyulun 22-də Mərtər rayonunda iş adamı ailəsilə evə qayıdarkən naməlum şəxs tərəfindən güllələnib.



O, ayağından yaralanıb. Dərhal xəstəxanaya çatdırılan R.Babayevin həyatına təhlükə yoxdur.



İlkin ehtimala görə, insidentə səbəb sahibkarın keçmiş iş ortaqları ilə arasındakı mübahisə olub.