Ru
17:07 / 21 Oktyabr 2019

Azərbaycanlı məmur qəzaya düşdü

2741

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BakuPost APA -ya istinadən xəbər verir ki, qəza şəhərin Məhəmməd Əsədov küçəsində, "Daş bazarı" adlanan ərazidə qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüstəmov Atəş İsmayıl oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən digər bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində "Toyota Prado" markalı avtomobil aşıb. Nəticədə həmin avtomobilin sürücüsü, 43 yaşlı A. Rüstəmov xəsarət alıb. O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasəna aparılıb. Onun vəziyyətinin normal olduğu biıdirilir.

Qeyd edək ki, A. Rüstəmov Sumqayıt Mənzil Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik Departamentinin direktorudur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər