Ru
15:35 / 07 Oktyabr 2020

Azərbaycanlı müğənnidən döyüşlərə ithaf - "Şəhid məktubu" - VİDEO

4351

Müğənni Sevinc Musayeva Qarabağ müharibəsi ərəfəsində şəhidlərin ruhuna yeni musiqi bəstəsini təqdim edib.


Bakupost xəbər verir ki, müğənni hələ Tovuz döyüşlərindən yazdığı mahnını bitirərək, səsləndirib. “Şəhid məktubu” adlanan mahnının söz və musiqisi müğənninin özünə aiddir.

O, ilk dəfədir ki, vətənpərvərlik mövzusunda şəxsi müəllifi olduğu mahnını ərsəyə gətirib.

Sevinc Musayeva Qarabağ müharibəsindən təsirlənərək daha bir neçə bəstələr üzərində çalışır.

Müğənni Qarabağ və Şuşa azad edildikdən sonra ayaqyalın həmin yerlərə gedərək, bu mahnıları ifa edəcəyi əhdinin olduğunu da qeyd edib.

"İnşallah, Şuşa azad edilsin, ayaqyalın orda konsertdə iştirak edib, bu mahnıları oxuyacağam".



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər