Ru
10:20 / 06 Noyabr 2019

Azərbaycanlı qadın Türkiyədə telefon oğurladı - FOTO / VİDEO

1509
İstanbulun Arnavutköy Rayon Polis Şöbəsinə 4 oktyabrda naməlum qadının mobil telefon mağazasından iki ədəd telefon oğurladığı barədə məlumat daxil olub.

BakuPost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçərək təhlükəsizlik kamera görüntüləri əsasında həmin qadının azəri əsilli Zoya K. olduğunu və Küçükçekmecedə yaşadığını müəyyənləşdiriblər.

Polis 19 oktyabrda müəyyən edilmiş ünvana basqın edərək 37 yaşlı qadını saxlayıb. İki gün sonra hakim qarşısına çıxan Zoya K. sərbəst buraxılıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər