Ru
10:25 / 22 Oktyabr 2019

Azərbaycanlı qadınları fahişəliyə sürükləyən türkiyəli həbs edildi - MƏHKƏMƏ

1328
Azərbaycanlı qadınları insan alverinə məruz qoymaqda təqsirləndirilən Türkiyə vətəndaşı Günəş Nürəttin Şükrünün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materailları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, G.N. Şükrü 3 azərbaycanlı qadını insan alverinə məruz qoyub. Zərərçəkənlərin şikayəti əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə əməkdaşları tərəfindən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər