Ru
14:22 / 17 Yanvar 2021

Azərbaycanlı rejissor vəfat etdi

4110
Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib.

Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub.

1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu və fortepiano sinfində musiqi təhsili aldığı Bakıya köçüb.

Nazim Rza İsrafiloğlu sənədli film istehsalı sahəsində “Odlu məmləkət” “Neft və cahan savaşı”, “M.M.Axundzadə” iki hissəli sənədli film, "Ermənilər. Fariseyzmin anatomiyası" (2008), “Neft” kimi görkəmli əsərlər yaradıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər