Ru
20:47 / 09 Dekabr 2019

Azərbaycanlı repçilərə Rusiyada silahlı hücum

1211
Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

BakuPost
xəbər verir ki, 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina alması barədə məlumat daxil olub.

Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, axtarış nəticəsində binada partlayıcı əşya tapılmayıb.

Repçilər onlara məxsus “Mercedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra, “LADA Priora” markalı avtomobillə onları təqib edərək atəş açıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Əliyev Bakıda, Bəkirov isə Samarada doğulub. Onların hər ikisi azərbaycanlıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər