Azərbaycanlı xareoqrafın rəhbərlik etdiyi rəqs qrupu CAR-da qalib gəlib

  • 23 Sen 2019 16:20
  • 396 Baxış
Azərbaycanlı xareoqrafın rəhbərlik etdiyi rəqs qrupu CAR-da qalib gəlib

Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gələrək dünya çempionatında iştirak hüququnu qazanıb.


BakuPost xəbər verir ki, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyin maddi dəstəyi ilə azərbaycanlı xoreoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Dance Masters” rəqs məktəbinin yetirmələri iştirak ediblər. Onlar “Yeddi gözəl” baleti və “Son nəfəs” musiqi nömrəsi ilə çıxış edərək 1-ci və 3-cü yerləri tutublar.

Qeyd edək ki, “Dance Star” rəqs müsabiqəsinin dünya turunun Cənubi Afrika üzrə seçim mərhələsi 16-20 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilib. Qalib rəqqaslar 2020-ci ildə Portuqaliyada keçiriləcək dünya rəqs çempionatına qatılacaqlar.