Ru
14:03 / 10 Oktyabr 2019

Azərbaycanlı zəvvarları daşıyan avtobus yandı

3364
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz rayonunda Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus elektrik naqillərinin toxunması nəticəsində yanıb.

BakuPost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu İranın Əhvaz rayonu icra hakimiyyətinin yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin direktoru İbrahim Qənbəri deyib.

İ.Qənbərinin sözlərinə görə, hadisə yerinə dərhal yanğınsöndürmə əməkdaşları cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın yaralanıb. Yanğın nəticəsində avtobusun 30%-i yanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər