Ru
21:31 / 13 Noyabr 2019

Azərbaycanlılar ABŞ-da qəzaya düşdü: ölən və yaralanan var

1822
Bu gün ABŞ-ın Nevada ştatının Klark rayonunda azərbaycanlıların iştirakı ilə ağır yol qəzası baş verib.

BakuPost-un məlumatına görə, Nyu York şəhərində yaşayan 1989-cu il təvəllüdlü Ramiz Quliyevin idarə etdiyi avtomobil tibb məntəqəsinə çırpılıb. Nəticədə o, hadisə yerində ölüb.

Sərnişin Mişa Məmmədov yaralı halda xəstəxanaya yerləşdirilib.

Qəzanın qarlı hava şəraitində yolların sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər