Ru
20:08 / 25 Noyabr 2021

Azərbaycanlılar Almaniyadan növbəti dəfə deport olunacaq

2101
Almaniyada qanunsuz yaşayan və sığınacaq üçün müraciətləri rədd edilərək, barələrində deportasiya qərarı çıxarılan 20-ə yaxın Azərbaycan Respublikası vətəndaşı deportasiya ediləcək.

Bakupost.az xəbər verir ki, artıq bir neçə gündür, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yaşayan azərbaycanlılar Düsseldorf şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətirilirlər.

Koronavirus testi verən azərbaycanlıların 26 noyabr gecə saatlarında çarter reysi ilə Azərbaycana deportasiya edilməsi gözlənilir.

Deportasiya olunanların əksəriyyəti 2018-2020-ci illərdə Almaniyaya qaçqın statusu almaq üçün gələn, yerli məhkəmələrdən rədd cavabı alan və indiyə kimi ölkəni könüllü tərk etməyən şəxslərdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər