Ru
22:19 / 12 İyul 2019

Azərbaycanlılar Gürcüstanda qəzaya düşdülər: 7 yaralı

2513
Tbilisi-Batumi avtomobil magistralında yol-nəqliyyat hadisəsi baş verib. Modern.az  xəbər verir ki,  "Sputnik Gürcüstan”ın məlumatına görə, yolun Lançxuti bölgəsindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub. Bədbəxt hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar arasında Azərbaycan vətəndaşları da var. Xəsarət alanlara xəstəxanada tibbi yardım göstərildikdən sonra evlərinə buraxılıblar. Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər