Ru
21:41 / 16 Fevral 2019

"Azərbaycanlılar və çeçenlər arasında baş verənlər polisin nəzarəti altındadır" - Rəsmi

2524
Ötən gün Moskvada azərbaycanlılar
və çeçenlər arasında baş verən və geniş ictimai rezonansa səbəb olan hadisələrlə
əlaqədar vəziyyət tam şəkildə şəhər hakimiyyəti və polisin nəzarəti altındadır.
Münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcək.BakıPost-un məlumatına görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş
İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad
Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi
polis general-mayoru Əkbər Yusifov ilə görüşü zamanı bildirib.     Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumatında deyilir: "Geniş ictimai rezonansa səbəb olan və bu ərəfədə
baş verən hadisələrlə əlaqədar 16 fevral 2019-cu il tarixində Azərbaycan
Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad
Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi
polis general-mayoru Əkbər Yusifov ilə Rusiyanın Daxili İşlər Nazirliyinin
Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq
Anatolyeviç arasında görüş keçirilib.   Görüş zamanı yaranmış
vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və insidentin eskalasiyasının
qarşısının alınması üzrə tədbirlər müzakirə edilib. Səfir Daxili İşlər
Nazirliyinin Baş İdarəsinin rəisini Azərbaycan və Çeçen xalqlarını birləşdirən
dostluq və mehriban qonşuluq hissləri, eləcə də Moskvanın çoxmillətli
meydançasında münaqişə vəziyyətinə gətirib çıxara biləcək təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edən bu cür insidentlərin yolverilməzliyi barədə məlumatlandırdı.
Cənab Baranovun sözlərinə görə, hər iki insidentlə bağlı operativ iş aparılır,
xüsusilə də Moskvadakı "Neolit" kafesinə hücum faktı ilə bağlı yaxın
zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücünün qətlə yetirilməsi
ilə bağlı intensiv şəkildə istintaq aparılır və cinayətkarların şəxsiyyətləri
müəyyən olunacaqdır. İş məhkəməyə təqdim ediləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaqdır.   General-leytenant, həmçinin,
bildirib ki, vəziyyət tam şəkildə şəhər hakimiyyətin və polisin nəzarəti
altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər
görüləcəkdir.   Görüş zamanı
internetdə 4-6 nəfərin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatın
yayıldığı qeyd olunan və sosial şəbəkələrdə yer almış yalnız düşmənçilik
mühitin yaradılması məqsədini güdən bu cür təxribatlara uymaması xahişi səsləndirilib.   Dünən Azərbaycan
Respublikası Prezidentinin köməkçisi Əli Həsənov tərəfindən bəyanat verilmiş,
hansında o bu insidentin Azərbaycan və Çeçen xalqları arasında mövcud olan
tarixi köklərə əsaslanan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirməyəcəyini
bildirib.   Həmçinin, səfir dünən
və bu gün həmin məsələ ilə məşğul olan azərbaycanlılarla bir sıra görüşlər
keçirmiş, bununla əlaqədar olaraq, səfirlik jurnalistlərə və məsələdə düzgün
mövqe tutan bütün insanlara təşəkkürünü bildirir.   Bir daha feyk məlumatlara və təxribat xarakterli bəyanatlara
inanmamağa çağırırıq. Səfirlik həmin məsələ ilə bilavasitə məşğuldur və vəziyyətin
gələcək inkişafı barədə ictimaiyyətə məlumat verəcəkdir".  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər