Ru
23:18 / 16 Sentyabr 2019

Azərbaycanlıların yaşadığı bölgədə - Qubernator

2896

Baş nazirlə görüşdə regionların inkişafı ilə bağlı qarşımızda konkret tapşırıqlar qoyulub. Biz də bu tapşırıqları yerinə yetirəcəyik.


BakuPost-un məlumatına görə, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstanda azərbaycanlıların ən çox yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib.


Onun sözlərinə görə, ilk növbədə, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində mövcud problemlərin tam aradan qaldırılması üçün konkret fəaliyyət planı hazırlanacaq. Bölgə rəhbərliyi problemlərin tez bir zamanda həll olunmasına çalışacaq.


“Tapşırıqların icrası ilə bağlı vaxt məhdudiyyəti var. Ona görə də bölgə əhalisini narahat edən məsələlərin maksimum operativ qaydada aradan qaldırılmasına çalışacağıq”, - deyə Ş.Rexviaşvili vurğulayıb.


Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariya sentyabrın 13-də bölgə qubernatorları ilə görüşüb. Hökumət başçısı qubernatorlara bölgələrdə mövcud problemlərin həlli istiqamətində konkret fəaliyyət planı hazırlamağı tapşırıb

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər