Ru
17:20 / 17 Sentyabr 2019

"Azercell" turistlər üçün xüsusi SİM-kart istifadəyə verdi

4585

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti ölkəyə gələn turistlər üçün xüsusi SİM-kart təqdim edib.



BakuPost.az xəbər verir ki, turistlər mobil nömrələrin əldə etməsi üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. Xidmətə hotellərdə qoşulmaq mümkündür.

Xidmət daxilində turistlərə müxtəlif qiymətə olan paketlər təklif olunur. Məsələn, 3 Gb həcmində olan internet trafik paketinin qiyməti 20 manat, 5 Gb – 25 manat, 6 Gb – 30 manat, 10 Gb – 35 manat, 50 Gb paketin qiyməti isə 55 manat təşkil edir.


Qeyd edək ki, bu paketlər yalnız mobil internet trafikin istifadəsi üçün nəzərdə tutulub.



Əlavə olaraq 20 dəqiqə beynəlxalq danışıq və 10 Gb daxil internet trafiki olan paketin qiyməti 45 manat təşkil edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər