Ru
10:28 / 04 Oktyabr 2020

Azərin Türkiyədə konsert verdi - VİDEO

4315
Azərbaycanın Xalq artisti Azərin Türkiyənin paytaxtı Ankarada “Türkiyə-Azərbaycan Dostluq Konserti” adlı konsertlə çıxış edib.

Sənətçi çıxışı zamanı Azərbaycan bayrağının artıq işğaldan azad edilən Suqovuşanda dalğalandığını bildirib.

O, Azərbaycanın haqlı mübarizəsində ona dəstək olan qardaş Türkiyəyə minnətdarlığını qeyd edib.

Xalqa açıq və pulsuz olan konsertdə Ankara Türk Dünyası musiqi qrupunun sənətçiləri də əsərlərini səsləndiriblər.

Konsertdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim də iştirak edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər