Ru
12:05 / 01 Noyabr 2019

“Azəriqaz”ın rəhbəri işdən azad edildi - Yeni təyinat

3798
Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.

BakuPost-un Modern.az-a istinadən məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

R. Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.
Şərhlər
  • Rovsan Aliyev

    İscini yox is metodunu deyismek lazimdir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər