Ru
19:45 / 25 May 2019

“Azərişıq” ASC şimal regionunda hava şəraiti ilə əlaqədar zəruri tədbirlər görür

2862
"Azərişıq” ASC şimal regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq, mayın 25-də axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə qabaqlayıcı və zəruri tədbirlər görür.


Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Bakupost-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Quba,Qusar və Xacmaz rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, "Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.


"Texniki Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkəboyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, "Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır", - deyə qurum rəsmisi qeyd edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər