Ru
00:01 / 25 May 2019

“Azərişıq” bir neçə rayonda gücləndirilmiş rejimdə işləyir

2386
Mərkəzi Aran
regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 24-ü axşam
saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə
"Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlərə başlanıb.    BakuPost.az
-ın məlumatına görə, bunu "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.   Onun sözlərinə
görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə
Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri,
şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət
gücləndirilib, "Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür:   "Texniki
Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində
növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.
Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə
təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri
operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə
hər hansı problemlər yaranarsa, istehlakçılardan "199" Çağrı
Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada
problem yaranarsa, "Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada
aradan qaldırmağa tam hazırdır".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər