Ru
10:26 / 10 Dekabr 2019

"Azərişıq" əməkdaşının ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

1188
Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb.

BakuPost-un məlumatına görə, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xatırladaq ki, dekabrın 8-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edərkən elektrik cərəyanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər