Ru
20:34 / 25 May 2019

"Azərişıq" gücləndirilmiş rejimdə işləyəcək

2298
Şimal regionunda
hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq mayın 25-də axşam
saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə
"Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

 

 

 

BakuPost.az-ın "Azərişıq” ASC-nin mətbuat
xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə istinadən məlumatına görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Quba,
Qusar ve Xaçmaz rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon
elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət
gücləndirilib: ""Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.  Texniki
Departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində
növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb.
Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə
təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri
operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə
hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng
etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa,
"Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa
tam hazırdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər