“Azərişıq” Rus Borisi kəndində yenidənqurma işlərinə start verib VİDEO


“Azərişıq” ASC Goranboy EŞ–nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

İlk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib.

Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.