“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

  • 14 Avq 2020 22:53
  • 1268 Baxış
“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı


“Azərkosmos” ASC Afrika və Yaxın Şərq regionunda korporativ yayım, video və data xidmətləri təmin edən “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb.

Bu barədə qurumdan bildirilib

Əməkdaşlığa əsasən “iSAT Africa” şirkəti Afrikanın müxtəlif bölgələrində telekommunikasiyaya artan tələbatı “Azerscpace-2” peykinin resursları vasitəsilə təmin edəcək. “iSAT Africa” “Azerspace-2” peykinin imkanlarından istifadə etməklə Afrika regionunun 90%-nə data xidmətləri ilə yanaşı, müxtəlif yerüstü peyk həlləri də təqdim edəcək.

“iSAT Africa” şirkəti ilə əməkdaşlığımızı fəal inkişaf etdirmək niyyətindəyik. Bu əməkdaşlıq bizə “Azerspace-2” peykinin imkanlarının Afrikanın ən ucqar ərazilərində də istifadə etməyə fürsət verəcək” – deyə “Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye deyib.

“Azərkosmos” ilə tərəfdaşlıq statusumuz hazırki pandemiya dövründə peyk xidmətləri üzrə mürəkkəb layihələrimizi uğurla həyata keçirəcəyimizə zəmanət verir. Biz Afrikanın hər bir nöqtəsindən müraciət edən müştərilərimizə çevik və operativ xidmət təqdim edə biləcəyik”, – deyə “iSAT Africa” şirkətinin Biznesin inkişafı üzrə direktoru Stenli Ayittah qeyd edib.

Xatırladaq ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.



X