Ru
21:55 / 31 Oktyabr 2019

"Azərsu" stadionun suyunu kəsdi

2798
"Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın suyu kəsilib.

BakuPost
axar.az-a istinadən xəbər verir ki, suyun kəsilməsinə səbəb klubun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda borcunun olmasıdır. İndiyədək "Azərsu" tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, Riyad Rəfiyevin başçılıq etdiyi klub borcları ödəməyib. Sonda ASC stadiona verilən suyu kəsmək məcburiyyətində qalıb.


Bildirilir ki, bu səbəbdən "Sumqayıt"ın aşağı yaş qrupları üzrə komandaları "Kapital Bank Arena"nın meydançalarında məşq edə bilmir. Hətta U-19 komandası bu həftə oyununu "Kapital Bank Arena"da keçirsə də, futbolçular matçdan sonra Mehdi Hüseynzadə adına stadionun hamamından istifadə etməli olub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər