Ru
17:07 / 14 Oktyabr 2019

"Azərsu" tibb mərkəzinə 70 min manat borc yazdı

2137
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Atlas Medical Centre” MMC-yə 69 min 336 manat borc məbləği hesablayıb.

BakuPost.az Report-a istinadla xəbər verir ki, tibb mərkəzi "Azərsu” ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qaldırıb.

1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilən iddia hakim Səbinə Nuriyevanın icraatındadır.

Oktyabrın 10-na təyin edilmiş prosesə tərəflərin nümayəndələri gəlmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə, məhkəmə ərizəni baxılmamış saxlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər