Ru
20:43 / 09 Sentyabr 2019

AzTV intellektual yarışmada birinci oldu - FOTO

13670

Bu gün İlk “DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “DOST kuboku” uğrunda turnir keçirilib.


BakuPost-un
məlumatına görə, iştirakçılar müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının üzvlərindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət komandalar olub. Turnirin məqsədi Könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Turnirdə hər birində 6 nəfər olmaqla 50-yə yaxın komanda iştirak edib.


Azərbaycan Televiziyasının (AzTV) əməkdaşlarından ibarət komanda media təmsilçiləri arasında ən yaxşı nəticə göstərərək, fəxri titula sahib çıxıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər