Ru
19:56 / 24 Avqust 2021

AzTV-nin koronadan ölən rejissorunun həyat yoldaşı da vəfat etdi - YENİLƏNİB

27074
Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövludun həyat yoldaşı da koronavirusdan vəfat edib.

Bununla bağlı onların tanışları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, bu gün Arzu Mövlud sözügedən xəstəlikdən dünyasını dəyişmişdi, həyat yoldaşı isə koma vəziyyətində idi.

14:45

Mədəniyyət kanalının Ədəbi Dram Verilişləri Baş redaksiyasının rejissoru Arzu Məmmədova (Mövlud) koronavirusdan vəfat edib.

Bakupost.az xəbər verir ki, onda qəfildən boğulma yaranıb və çox keçmədən həyatını itirib.

Məlumata görə, o bir müddət əvvəl virus əleyhinə vaksinasiya olunubmuş.


Rejissorun iş yoldaşlarının bildirdiyinə görə, onun həyat yoldaşı da ağır vəziyyətdə xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Arzu Mövlud Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti Zümrüd Məmmədovanın bacısıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər