Ru
19:46 / 20 Oktyabr 2021

Babayanın Rusiyaya səfəri ilə bağlı AÇIQLAMA

1331
"David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır".

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir.

"Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.

Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyası məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır", - deyə məlumatda qeyd edilir.
Şərhlər
  • Rasim

    Rusiya səfirliyinin məlumatı inandırıcı görünmür.

  • Sabir

    Rusiyadakı səfirliyə ciddi dipıomat göndərilməlidir.Manısdan səfir olmaz! Həm ayıbdır və həm də faydasız.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər