Ru
20:02 / 18 May 2019

Babək Həsənova işgəncə verilməyib - RƏSMİ

2897
"Bəzi
sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Babək
Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması
barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

 

 

BakuPost.az xəbər verir ki, bunu
Report-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
 

 

O
xatırladıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, B.Həsənov barəsində
çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra, o, istintaq təcridxanasından 6
saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

 

 
  Xidmət
rəsmisi qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq, hər bir məhkum
cəzaçəkmə müəssisəsinə daxil olduqda, o, 14 günə qədər karantində
saxlanılmalıdır: "Bu müddət ərzində həmin məhkuma daxili intizam qaydalarının
tələbləri, onun hüquq və vəzifələri izah olunur. Həmçinin onunla ayrılmış
psixoloqlar və tərbiyəçilər söhbət edirlər. Babək Həsənov da 3 gündür cəzaçəkmə
müəssisəsinə daxil olub və karantində saxlanılır. Yəni, B.Həsənov cərimə
təcridxanasında deyil. Ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol
verilməyib. Məhkumun karantin müddəti başa çatdıqdan sonra qanunvericiliyə
uyğun qaydada cəzaçəkmə müəssisəsində müvafiq yerlə təmin olunacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər