Ru
23:10 / 23 Aprel 2019

Bacı 25 ildir xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayır

2932
Ucar rayonunun Qarabörk kəndində bacı
psixi problemləri olan qardaşını illərdir hində zəncirlənmiş halda saxlayır.

 

BakuPost.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri
Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

 

 

K.Ağazadənin sözlərinə görə, bacı bunu
qardaşının təqaüdünü almaq üçün edib.

 

 
"Onun ruhu xəstə ola bilər. Bəs digər
ruhu xəstə olub, onu bu hala salan ruhu xəstə bacını görən ruhu saglam insanlar
hardadır? Ucar rayonu Qarabörk kənd sakinidir bu insan, daha düzgün anlamağınız
üçün- psixi xəstədir. Amma insandır ilk öncə! 25 ildir ki, psixi xəstə olan
ancaq kənd əhalisi arasında, "sən allah, xatasın bizdən çəksin!” mifi ilə özünə
haqq qazandırıb, digər psixoloji problemi olan qardaşını da 9 il öncə ata
mülkündən uzaqlaşdıran, bütün kəndə meydan oxuyan "bacı” var!  Bu "bacı” məxluq 1-ci qrup
əlilliyi olan bu qardaşını illərdir ki, zirzəmidə, toyuqlarla bir yerdə
saxlayır! Son illərədək hələ qapıya qıfıldan əlavə zəncir də vururmuş.
Bilirsizmi niyə? O xəstə qardaş birdən "ağıllanardı” onun adına aldığı pensiya
əlindən çıxardı. Ən yaxşısı elə zirzəmidə qıfıllı qalsın deyib. Bütün kənd
bilib,susub, aidiyyatı qurumlara deməyib”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər