Bacısına elçi göndərməyən şəxsi qanına qəltan etdi - MƏHKƏMƏ

1066
 
Bakıda adam öldürməkdə təqsirləndirilən Elnur Abdullayevin məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə onun anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmə aprelin 19-a təyin edilib. 

Qətl ötən ilin noyabrda Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Avtoyuma məntəqəsində işləyən Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb.

Bildirilir ki, M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini Almaz Abdullayeva (ad şərtidir) ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə qoyub Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birlikdə yaşayıb.

M.Quliyev qadınla birgə Qəbələyə gedib. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etməsi olub.

Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun M.Quliyevlə Bakıya qayıtmağına icazə verməyib və həmin şəxsin onlara el adəti ilə elçi gəlməsini istəyib. M.Quliyev Bakıya gəlib, lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib.

Qadının qardaşı E.Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib, M.Quliyevi tapıb və ona bir neçə zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər