Ru
10:17 / 23 Sentyabr 2020

Bacısını öldürən məmur oğlu barəsində məhkəmə QƏRARI

1478

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, M. Babayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb.

Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. O, daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər