Ru
10:32 / 10 Sentyabr 2019

Bacısının sevgilisini öldürən beynəlxalq dərəcəli hakimin cəzası artırılmadı

2846

Bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin barəsində hökmdən prokurorluğun verdiyi protest üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Hakimlər kollegiyasının qərarına əsasən verilən protest təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.


Qeyd edək ki, hadisə ötən il iyunun 28-də polisə Xırdalan şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.


Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.


Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Ağakişiyevin ittiham olduğu maddə Cinayət Məcəlləsinin 124-cü(ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və ona 2 il azadlıqdan məhrum etmə cəzası verilib.


Hökmdən narazı qalan Baş Prokurorluq və zərərçəkənin nümayəndəsi apelyasiya protesti verib.


Xatırladaq ki, Ə.Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimidir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər