Ru
09:06 / 05 Noyabr 2019

Bağdadinin bacısı saxlanıldı

2058
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.

BakuPost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyə hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.


“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub. Əl-Bağdadinin bacısından İŞİD-in daxili fəaliyyəti ilə bağlı dəyərli məlumatları öyrənməyə ümid edirik”, – deyə agentlik həmin mənbənin sözlərini sitat gətirib.

Hazırda İŞİD liderinin bacısı sorğulanır. “Reuters”in məlumatına görə, R.Avadla birgə əri və gəlini də saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər