Ru
10:25 / 27 İyun 2019

Bakalavrların nəzərinə - QEYDİYYAT BAŞLADI

2047
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb. 


Dövlət İmtahan Mərkəzindən Bakupost-a verilən məlumata görə, magistraturaya qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Həfətnin şənbə və bazar günləri qeydiyyat aparılmayacaq.  


Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər