Ru
18:03 / 12 Sentyabr 2019

Bakcell ən qısa müddətdə LTE şəbəkəsi üzrə ən böyük layihəni həyata keçirib

1429

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi üzrə ən genişmiqyaslı layihəni həyata keçirib.


2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir.


BakuPost.az xəbər verir ki, bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir.


Qeyd edək ki, Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə “LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər