Ru
10:19 / 24 Sentyabr 2019

Bakcell və ASAN könüllüləri uşaqları yenə sevindirdi - FOTOLAR

1445
Bakcell şirkəti növbəti dəfə “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” layihəsinin təşəbbüsündə iştirak edib.


BakuPost.az -ın məlumatına görə, təşəbbüs çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və Bakcell şirkətinin əməkdaşlığı, “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə xüsusi aksiya təşkil olunub. “Bilik Günü” münasibətilə keçirilmiş bu aksiyanın əsas məqsədi yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq həssas qruplara aid uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.


Bakcell nümayəndələri və ASAN könüllülərinin iştirakı ilə keçirilmiş xüsusi tədbirdə 284 nömrəli məktəbdə təhsil alan 25 şagirdə “Bakcell”dən məktəbli çantaları və digər məktəb ləvazimatları hədiyyə edilib.


“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır. Uşaqların saf arzularını reallığa çevirən “ASAN Məktub” layihəsi 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların məktubları www.asanmektub.az saytına yerləşdirilir və onların istəkləri müxtəlif şirkətlər və xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Bakcell şirkəti layihəyə həmçinin mobil rabitə dəstəyi göstərir.


Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların, inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edərək minlərlə uşağa dəstək göstərir. “ASAN Məktub” layihəsi ilə tərəfdaşlıq Bakcell şirkətinə uşaqları sevindirmək və onların saf arzularını həyata keçirmək üçün daha böyük imkan yaradıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər