Bakı-Ələt yolunda qəza - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"BakuPost" xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi 01-AD-751 dövlət nömrə nişanlı "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.