Ru
20:37 / 24 May 2019

Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşür

2553
Bu
ilin payızında Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər.

 

BakuPost.az "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz
Dəmir Yolu İdarəsinin rəisi Vladimir Piastolov məlumat verib.
  Bildirilib
ki, payızdan etibarən iki şəhər arasında rahat SV vaqonlarından ibarət qatarın
sərnişinlər üçün əlverişli cədvəl əsasında hərəkəti nəzərdə tutulur. Belə ki,
qatar axşam yola düşüb səhər tezdən mənzil başına çatacaq.   Qeyd
edək ki, Mahaçqala ilə Bakı arasında qatar reysinin açılması məsələsi hələ
2018-ci ilin aprel ayından gündəmdədir. Həmçinin Azərbaycanla Dağıstan
paytaxtları arasında birbaşa təyyarə reysinin də açılması bir müddət əvvəl
gündəmə gətirilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər