Ru
17:39 / 27 Fevral 2020

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandırıldı - YENİLƏNİB

1295
Bakı metrosunun "Həzi Aslanov", "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarında elektrik enerjisinin dayanıqlığı təmin olunub.

Bu barədə BakuPost-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


Onun sözlərinə görə, hər üç stansiyanın fəaliyyəti bərpa edilib.

***
16:53

Bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb.


"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BakuPost-a açıqlamasında bildirib ki, xətlərin bütün sahələrində gərginlik bərpa olunub.


"Həzi Aslanov", "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarına gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub.

Hazırda tunellərdə qalan qatar yoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər