Ru
20:24 / 24 Yanvar 2020

Bakı metrosunda həyəcan

1846
"Bakı Metropoliteni" QSC-nin qatarlarının birində qatar təcili boşaldılıb.

BakuPost
"Report"a istinadən xəbər verir ki, hadisə bu gün 18:50 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında baş verib.


Belə ki, "Həzi Aslanov - Dərnəgül" istiqamətində hərəkət edən qatarın nasazlıq nəticəsində qapıları bağlanmayıb. Daha sonra isə sərnişinlərdən qatarı tərk etmək tələb olunub. Boşaldılan qatar Depoya yola salınıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında faktı təsdiq edib:

"Hadisə sərnişinlərdən birinin vaqonda olanda yalnız fövqəladə hallar zamanı sıxılması nəzərdə tutulan düyməni sıxması səbəbindən baş verib. Təlimata görə, stansiyada qatar boşaldılıb. Artıq növbəti stansiyada qatara baxış keçirilib və heç bir problem aşkar olunmayıb. Bu səbəbdən də "İnşaatçılar" stansiyasında qatara yenidən sərnişinlər mindirilib. Hadisə nəticəsində qrafikdə heç bir gecikmə olmayıb".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər